Əlaqə Arxiv
news Image
2013.11.14
10:42
| A A A
Qrup rəhbərinə cadu edildiyi üçün o qəzaya düşdü?
"N brothers" qrupunun rəhbəri Namiq Qafarovdan xəbər var. Mövqe.az-ın məlumatına görə, qrup rəhbəri ağır xəstəlikdən sonra avtomobil qəzasına düşüb. Avtomobili çox pis günə düşən Namiq üzündə və bədəninin bir neçə yerindən ağır zədə alıb. Bu barədə heç kimə bir söz deməyən qrup rəhbəri ən pis günlərini evdə ailəsi ilə birlikdə keçirib. Hətta ən yaxın dostları Ədalət Şükürov və Rüfət Axundova da bu barədə məlumat verməyən Namiq ona cadu olduğunu deyib: " Bəli bir yaxın dostum mənə deməmiş şəklimi falçı yanına aparıb. Ona deyiblər ki, bu adamın hər iki tərəfdən yolu bağlıdır, cadu olunub. Düzdür mən belə şeylərə inanmırdım. Ancaq bu işlər başıma gələndən sonra fikirlərim 50-50-yə dəyişib".

Qeyd edək ki, Namiq Qafarov şəklini falçıya aparan dostunun adını açıqlamasa da, onun Azərbaycan şou-biznesində çox məşhur biri olduğunu qeyd edib.

Sizin Reklam Yeriniz