Əcnəbi müğənnilərlə oxunan duetlər hər zaman tamaşaçı auditoriyası tərəfindən böyük diqqətlə qarşılanır. Musiqi aləminə nəzər salmaqla bunun çoxsaylı sübutlarını görmək mümkündür. Lakin Azərbaycanda belə duetlərə demək olar ki, nadir hallarda nast gəlinir.
Müğənni Rüfət Axundov isə qeyd edir: " Düşünmürəm ki, bizim müğənnilər üçün əcnəbi müğənnilərlə oxumaq problem olsun. Aygün Kazımova yolları açıb. Düşünürəm ki, biz də istəsək, bu yolnan gedə bilərik. Mən məsələn, türklərdən Orxan Ölmezle bir səhnəni paylasmisam, bir mahninı duet oxumuşam. Ancaq bizdə qonarar problemi də ola bilər. Bilirsiniz, əcnəbilər ola bilər, yüksək qonarar tələb etdiyi üçün bizim müğənnilər onlarla duet oxumağa elə də meyl etmir. Ancaq tələbat olsa, düşünürəm ki, bunu bacararıq. Özümüzünküləri tərifləmək kimi çıxması,n ancaq bizim müğənnilərin səsi onlardan çox yaxşıdır, güclüdür. Bizim mahnılar da onlarınkından daha yaxşıdır".