“Dostlar, etməyin belə, ayıbdır!”
Arda Turan, nişanlısı Sinem Koballa olan söz-söhbətdən danışıb.
Gecce.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Atletico Madridli futbolçu Arda Turan, Etiler Günaydında görüntülənib. Türkiyəyə gəldiyi gün yaxın dostu Emre Belezoğlu ilə bir məkanda yemək yeyib. Məkan çıxışında Arda, jurnalistlərə üsyan edib. "7 aydır nişanlıyıq, ən az 3 dəfə toyu ertələdilər xəbəri çıxdı, ayıbdır, dostlar bəsdirin, etməyin! Bu necə bir yalandır, necə xəyal gücünüz var sizin?!" deyib. Hərəkətləri ilə diqqət çəkən Turan: "İspanyaya qaçdım yenə də qurtula bilmədim sizdən" deyə zarafat da edib.