İradə İbrahimova Türkiyədə reklama çəkilir
Bacısının toyundan bir neçə gün sonra Türkiyəyə qayıdan müğənni
İradə İbrahimovaya reklam şirkətlərinin birindən təklif gəlib.
Mövqe.az-ın verdiyi məlumata görə, Türkiyədə istehsal olunan süd məhsullarından birinin reklamının Azərbaycan versiyasının səsləndirilməsi sənətçiyə həvalə olunub. Təklifi qəbul edən müğənni İstanbulda bir sətirdən ibarət mahnını lentə alıb. Yaxın vaxtlarda Azərbaycanda yayımlanacaq reklamda milli elementlərin əlavəsi də nəzərdə tutulub.
Qeyd edək ki, reklamın ilk versiyasını Şevval Sam
səsləndirib.