Əlaqə Arxiv
news Image
2013.11.15
12:02
| A A A
"Modelyerim zəng edib dedi ki, ay qız bəsdi eyni paltarı hər yerə geyindin"
Müğənni kosmetik vasitələrə xərclədiyi məbləği açıqladı... Makiyajı sevməyən müğənni Samira Allahverdiyeva bəzənməkdən danışıb. Movqe.az-ın məlumatına görə, ifaçı "Lider" telekanalında yayımlanan "Pərdə" verilişinə açıqlamasında makiyaj etməyi sevmədiyini deyib: "Makiyajı sevmirəm. Makiyaj etmədən hər bir yerə gedə bilərəm. Bu mənim üçün heç bir problem yaratmır. Heç bir kompleksim də yoxdur. Ancaq xüsusi dəvətlərə makiyajlı formada gedirəm".

Müğənni kosmetik vasitələrə ayrı-ayrılıqda nə qədər pul xərclədiyini də etriraf edib: "Məsələn, o gün bəzi kosmetik vasitələr aldım. Üz üçün tonal kremə 60 AZN, dodaq üçün bleskə 11 AZN, göz üstü tenə 15 AZN verib, aldım".

Samira Allahverdiyeva ən bahalı paltarının qiymətini də açıqlayıb: "Ən bahalı paltarım 2 000 manata olub. O, paltarı da, o qədər geydim ki, axırda modelyerim zəng edib dedi ki, ay qız bəsdi eyni paltarı hər yerə geyindin. Yəni, 2 000 manatı o paltardan nəyi var geyib, çıxdım".


Sizin Reklam Yeriniz