Əlaqə Arxiv
news Image
2013.11.15
15:43
| A A A
Roza Zərgərli: "Səhnədə olmasaydım, gedib quluqçu işləyərdim"-YENİLƏNDİ
Roza Zərgərlidən fanatının toyunda pulsuz oxuması təklifinə gözlənilməz cavab

Müğənni Roza Zərgərli onu pulsuz toya dəvət edən fanatına maraqlı cavab verib. Mövqe.az xəbər verir ki, Əli Əkbərov adlı facebook istifadəçisinin "Salam necəsiniz Roza xanım. Mənim elə də imkanım yoxdur. Gəlib mənim toyumda 2 saat pulsuz oxuya bilərsiniz " təklifinə tanınmış müğənni belə cavab verib:

" Yox oxuya bilmərəm. Mən səhnədə olmayanda çağırası idiniz toyunuza? Ya kimsə sayası idi? Yox! Mən tək övladımı böyütmüşəm, əvvəllər efirə çıxmayanda gedib toyda yarım saatı 100 dollara oxuyurdum. Ora-bura qaçıb, günə 400 dollar qazanırdım. O zaman 22 yaşım var idi. Nə vaxt ki, o illərdə o pul çox pul hesab edilirdi.Çalışdım ki, ad qazanım, pulum olsun. Mən sənətimə pul yatırdım ki, qonorarım olsun, nail olum ki, hər gün 400 dollara oxumayım. Ayda bir dəfə gedim rahat oxuyum və həmin ayda qazandığım pulu 1 günə qazanım. Heç vaxtda heç kəsdən hec nə istəməmişəm. Və sizə isteyirəm ki, bəlkə də bu sözümdən dəüzülərsiniz. Ancaq anlayasınız, çalışasınız, vuraşasınız! Arzu edirəm ki, pulunuz başınızdan tökülsün, övladınızın ad günü olsun, 10 mini administratorun qabağına atıb deyəsəniz ki, get o Rozanı çağır oxusun və mən oxuyanda bu yazdığım kommenti üzümə deyərsən! Mən istəyirəm ki, insanlar işləsin, mənə heç kəs borclu olmayı. Siz də nə məndən, nə də ki, heç kəsdən heç nə istəməyin, özünüz işləyin, çalışın. Allah 10 qatını versin. Pulsuz yalnız sənət dostlarımın, aparıcıların, jurnalistlərin toyunda oxuyuram. 

 Müğənni toya getdiyi məbləği də açıqlayıb: Qonorarım bütün toya 10 000, yarım saata 3 000-dir, kim istəyir dəvət edir. Yalan demirəm bütünn toy olur 3 aydan- 4 aydan bir, yarım saatlıq, ayda 4 dəfə olur".

Müğənninin ürəyini yumşaltmağa nail olan gənc oğlan sonda Roza Zərgərlini razı sala bilib. Roza xanım bildirib: "Ancaq bir şərtim olacaq ki, sən gece- gündüz çlışıb, çox varlı olacaqsan və oğlun olanda ad günündə mənə 10 min manat verəcəksən ki, budur Roza xanım qazandım! Sizə bunu arzu edirəm".

***

Roza Zərgərlinin bir-birinin ardınca onu tənqid edənlərə yazdığı cavablar istifadəçilərin böyük marağına səbəb olub: " Səhnədə olmasaydım, gedib quluqçu işləyərdim. İndi qadınlar var gedib gündə bir ev yığışdırıb ayda 900 manat pul qazanırlar, ayıbdır? O pulu da yığıb, gedib mağaza işlədib, paltar gətirib, satardım.Pulumu yığıb obyekt alardım. Hər hansı sahədə olsa idim qazanc əldə edəsi idim. Odur ki, kim istəyir nail olur". 

Sizin Reklam Yeriniz