"Uşağı götüzdür,sənə və doğacağın uşağa hörmətim yoxdur"
"Muhteşem yüzyıl" serialında Hürrəm sultanı canlandıran Məryəm Üzərlinin keçmiş sevgilisi sanki od püskürdü. Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, biznesmen Can Atəşdən qalmaqallı bir vəziyyətdə ayrılıb Almaniyaya geri dönən və hamilə olduğu bilinən Məryəm Berlində yaşadığı günlərin fotolarını çəkib sosial şəbəkədə paylaşır.
Münasibətlərinə son qoyduqdan sonra Ateşin: "Uşağı götüzdür, sənə və doğacağın uşağa hörmətim yoxdur" demişdi. Hamiləliyinin 7-ci ayına yaxınlaşan Üzerlinin paylaşdığı şəkildə qarnının olduqca böyük olduğu gözdən yayınmadı.
Məryəmin sosial mediada yüklədiyi şəkili görən keçmiş sevgilisi uşağı onun əlindən alacağını bildirib: "Uşağı rəsmən öz öhdəliyimə götürəcəm. Başqa bir şey etmək fikrim yoxdur. Məryəmin hamiləlik fotosu mənə heç də təsir etmədi" deyə fikrin bildirib.