Əlaqə Arxiv
news Image
2013.11.19
10:58
| A A A
Mehriban Xanlarova: “Qardaşımın psixoloji problemlərini gizlətmirəm”
Mehriban Xanlarova qardaşı barədə açıqlama verib. Mövqe.az-ın məlumatına görə, "Günəbaxan" verilişində qardaşının içki içən, işsiz, psixolojı problemli adam olduğunu səmimi şəkildə etiraf edən aktrisa onu necə evləndirdiyini də danışıb: "Çox vaxt deyirlər ki, Mehriban Xanlarova öz gözündə tiri görmür, öz problemlərini gizlədir. Xeyr, mən elə insan deyiləm. Mən qardaşımı evləndirənəndə elçi getdiyimiz qıza çox dürüst şəkildə hər şeyi etiraf etdim. Qardaşımın içkiyə meyilli olduğunu, işləmədiyini, psixolojı problemlərinin olduğunu bildirdim. Hətta dedim ki, o, içəndə tamam fərqli biri olur. Qız razı oldu, ailə qurdular. Ancaq heç 2 il birlikdə yaşamadılar". Verilişin qonaqlardan biri, tanınmış vəkil Zülfiyyə Bayramova məcburi evlilik mövzusu ilə bağlı fikirlərini bildirib. O, maraqlı bir hadisəni tamaşaçıların diqqətinə çatdırıb: "Bir dəfə heç yadımdan çıxmır, məhkəmədə bir cütlüyün boşanma işinə baxırdım. Oğlan belə bir açıqlama verib bizi şoka saldı. Dedi ki, atam öləndə mən sevindim. Səbəbi soruşanda bildirdi ki, o, məni düz 16 ildir bədbəxt edib. İstəmədiyim birini alıb. O, sağ olanda qorxusundan boşana bilmirdim". Vəkil qeyd edib ki, atasının ölümündən bir gün sonra oğlan boşanmaq üçün məhkəməyə müraciət edib.

"Günəbaxan" verilişinin bu buraxılışı Pünhan İsmayıllı ilə Mehriban Xanlarovanın danışmaq üçün bir-birinə macal verməmələri, fikirlərinin üst-üstə düşməməsi ucbatından qalmaqal yaranması, məcburi nikahın dini baxımdan da qəbul olunmadığını izah etməyə çalışan "Karvan" jurnalının baş redaktoru İsmayıl Əhmədin fikirləri, Mövqe.az saytının jurnalisti Əfruzə Ağayevanın məcburi nikaha gənclərin valideyn təzyiqi və hədə-qorxusu ilə sürükləndiyini söyləməsi və bu ətrafda müzakirələrlə yadda qalıb.


Qeyd edək ki, verlişin aparıcısı İlqar Mikayıloğludur.


Sizin Reklam Yeriniz