Əlaqə Arxiv
news Image
2013.11.19
13:34
| A A A
Aysel Gövhər Həsənzadə ilə birlikdə təqdimat mərasiminə qatıldı

Gənc müğənni Aysel Əlizadə Gənc Tamaşaçılar Teatrında "Danışan gəlincik" tamaşasına daxil edilən mahnılardan birini ifa edib. Mövqe.az-ın məlumatına görə, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadə olan mahnı lentə yazılaraq tamaşada səsləndirilib. Digər mahnını isə Aysel xanımın həmkarı Təranə Mahmudova oxuyub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Mahının hazırlıq prosesində iştirak edən Gövhər xanım Ayselə dəstək olub. Sənətçi bəstəkarla işbirliyinin neçə il əvvələ söykəndiyini vurğulamaqla, bundan sonra davam edəcəyini bildirib. Onlar tamaşanın təqdimat mərasiminə birlikdə qatılıblar.

Sizin Reklam Yeriniz