Əlaqə Arxiv
news Image
2013.11.19
14:30
| A A A
"Aygün çox cazibəli xanımdır"

Bu yaxınlarda 26 illik səhnə fəaliyyətini qeyd edən xalq artisti Faiq Ağayev "Şou+" verlişinin qonağı olub. Verliş zamanı bir çox gizli məqamlara aydınlıq gətirən F. A həmkarı Aygün Kazımovanı yenidən tərif atəşnə tutub. Mövqe.az-ın məlumatına görə, xalq artisti Faiq Ağayev illər öncə Aygün Kazımova ilə eşq yaşadığı xəbərini sadəcə bir proyekt adlandırıb:  " Bir vaxtlar bəli, Aygün Kazımovanın "Məhəbbət üçbucağı" klipinin bir bucağı da mən idim. Aygün dostum olduğu üçün proyektdə iştirakı qəbul etdim. Amma o məhəbbət dosta olan sevgi, məhəbbət idi. Baxmayaraq ki, Aygün çox cazibəli xanımdır və sevgiyə laiqdir".

Cənab qızıl şlager F.A həmçinin Aygün Kazımova ilə aralarında alovlanan sevgi-məhəbbət alovunun heç vaxt sönmədiyini də etiraf edib: "Bilirsinizmi, Aygünlə aramızda olan alov əslində heç vaxt sönməyib. Hətta küsdüyümüz anlarda belə bir-birinin hörmətini saxlamışıq. Həmişə söyləmişəm ki, Aygün həmkarlarım arasında yeganə güc və qüvvətli insan kimi qəbul etdiyim yeganə insandır. 26 illik səhnə fəaliyyətimdə təxmini desəm Aygünlə 16 il dostluq etsəm də, 10 il dalaşmışıq. Lakin bütün bunlara baxmayaraq həmişə dalaşanda elə dalaşmışıq ki, barışanda bir-birinin üzünə baxa bilək".

Qeyd edək ki, "Şou+" verilişinin aparıcısı Tural Ozandır. 

 


Sizin Reklam Yeriniz