Röya rekord vuracaq!
Müğənni Röya Ayxan "Elşadım"
adlı yeni mahnı hazırlayıb.
Bəstənin sözləri Altay Yaşara, musiqisi Uzik Abdul Cabbara məxsusdur.
Aranjimanını Uzik ABD-yə və Bəxtiyar Həsənova aid olan bəstə yaxın
günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Mahnıdan kiçik
parça "Youtube"yə yerləşdirilib.
Yeni mahnısı haqqında sosial şəbəkədə yazan Röya bunları əlavə
edib:
"Çox gözəl alındı. Məncə, biz uşağa oxunan mahnılar arasında rekord vuracağıq".axsam.az