Əlaqə Arxiv
news Image
2013.11.20
10:36
| A A A
Tanınmış prodüsser:" İdris, deyəsən, quyruğun qapı arasında qalıb"

"Space" tele-kanalının eks aparıcısı İdris Cəf'rovun açıqlamaları insanlar arasında rezonans doğurmuşdu. Mövqe.az-ın məlumatına görə, aparıcının verdiyi açıqlamalara dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da var. 

Prodüsser Təranə Səmədova İdris Cəfərova qarşı çıxış edib. Prodüsser sosial şəbəkədə aparıcının əleyhinə belə bir status paylaşıb:  

"Artıq bir aya yaxındır Avropadan hər gün mənə "ssılkalar" yollayan İdrisə baxıb düşünürəm ki, deyəsən, quyruğun qapı arasında qalıb... "Cəhənnəmə gedən özünə yoldaş axtarır" məsəlinə əməl edib, vaxtında dəstək olmadığın insanlardan dəstək ummağa başlamısan... Vaxtında səndən hər hansı bir iş xahiş edəndə kanalın xəbəri olmadan süjet üçün 500 manat, klipi 10-luğa salmaq üçün 1000 manat, radioda öz verilişində mahnı yayımlamaq üçün 200-300 manat pul tələb edirdin. Təqdim etdiyin "Bazar" verilişi də artıq tamaşaçılarda qıcıq yaratmağa başlamışdı, artıq həmin verilişin sona yetməsinin zamanı çatmışdı, elə düzgün də edildi ki, həmin veriliş bağlandı. Sən olduğun zamanlardan fərqli olaraq indisə kanaldan daha doğma münasibət bəslənilir insanlara, hər hansı bir verilişə çəkilmək üçün daha rahat şərtlər tətbiq edilir. İlk günlər bir az pis olmuşdum sənə görə, sonradan oturub məntiqlə düşündüm ki, kimə görə pis oluram, nəyinə görə? Vaxtında sifarişlə mənə qarşı süjet hazırlayib, mənim həyatıma çox böyük bir zərbə vurmuş İdrisə görəmi? 2 ildən bir az çox keçmiş olar, mən insanları bağışlamağı bacarıram, amma etdikləri pislikləri unutmuram. Sənin qurbanına çevrilmiş bir çox sənət nümayəndələri var ki, bu günkü gündə onlar da səsimə səs verəcəklər, sən düşünürsən ki, sən tək deyilsən, ətrafında sənə dəstək olan dostların var, amma bir az diqqətlə bax, ətrafında heç kim yoxdur, bu zərbəni də sən elə özün-özünə vurdun".

Məlumat üçün qeyd edək ki, aparıcı İdris Cəfərova qarşı eyni iddiallarla ilk çıxış edən müğənni Roza Zərgərli olmuşdu. 

Sizin Reklam Yeriniz