Əlaqə Arxiv
news Image
2013.11.20
12:52
| A A A
İlhamə Quliyeva:"Çaşanları bilirsizdə, İlhamə nə günə qoyur"
Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva yenidən hamını lərzəyə gətirəcək açıqlamalar verib. Mövqe.az-ın məlumatına görə, "Onlar" verlişinə açıqlamasında xalq artisti dediyi sözlərin qanun olduğunu bildirib:" Mənim dediyim sözlər keçərlidir. Qanundur. Qarşımda at oynadıb, klounluq etmək lazım deyil. Mən nə deyirəm, kimə hansı adı qoyuram əcəb edirəm. Ay kimlər sən mənə əmr edəcəksən ki, mən kimə titul verim, kimə yox?  Mənə göstəriş vermək olmaz. Mənim verdiyim titullara da laiq olmaq lazımdır. Məsələn, mən Röyaya demişəm ki, sən şou-biznesin kraliçasısan. Deməli bu belədir ki, demişəm. Mən Röyaya qulaq asmaqdan yorulmuram. Hətta avtomobilimdə də onun diski var. Bununl razılaşmayanlar çıxıb, özləri özlərinə ad qoyurlar. Bu axı gülməlidir".

Qarşısında olan bərəkətə and içən primadonna özünün heç kimə söz atmadığını bildirib: " Mən heç vaxt birinci heç kimə söz atmıram. Sadəcə müdafiə olunuram. Mənə söz atırlar, təhqir edirlər. Niyə, xeyir ola?!. Gözləri götürmür. Allaha həmişə dua edirəm ki, əlimdə olan səlahiyyəti, hökmümü heç vaxt məndən almasın ".

Şöhrət ordenli İ. Quliyeva sonda xəbərdarlıq etməyi də unutmayıb: "Allahdan istəyirəm, bundan sonra mənim və yaxud da ki, ətrafımda olan kimlərinsə arxasınca nəsə deyəsiniz. Çaşmayın! Çaşanları bilirsizdə, İlhamə nə günə qoyur".

Sizin Reklam Yeriniz