Əlaqə Arxiv
news Image
2012.05.25
14:44
| A A A
Məşhur xanəndələr üz-üzə gəldilər
Onlar ifalarıyla və açıqlmalarıyla diqqət çəkiblər

Dünən "Azad Azərbaycan" telekanalında yayımlanan "Canlı səs" musiqili-əyləncəli verilişin növbəti çəkilişi oldu. Xəbər verdiyimiz kimi, verilişin aparıcısı Cavid Gül idi.

Movqe.Az xəbər portalının məlumatına görə, bu dəfə verilişdə Azərbaycan muğam sənətinin mahir ifaçıları, xanəndələr Cabir Abdullayev və Zakir Əliyev "üz-üzə" gəldilər. Belə ki, hər iki xanəndə canlı ifalarıyla tamaşaçıları heyrətləndiriblər. Bunu tamaşaçıların səs-küyülü alqışları da təsdiqləyirdi.

Aparıcının təqdimatıyla meydana ilk Cabir Abdullayev, daha sonra Zakir Əliyev çıxdı. Hər iki xanəndə meydanda bir-birilərini rəqib bilsələr də, amma münasibətləri səmimi və mehriban idi. Xanəndələr çalışırdılar ki, daha çox ifalarıyla diqqət çəksinlər və bunu da isbat etdilər. Belə ki, C.Abdullayev "Ata segahı" muğamını, Z.Əliyev isə sözləri mərhum şair Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yoxdur" şeirinə bəstələnən mahnını ifa etdi. Verilişin sonunda deyişmə oldu. Xanəndələr muğamdan parçalar ifa etdilər.

Verilişə dəvət olunan jurnalistlər hər zamankı kimi xanəndələrə suallarını ünvanladılar ki, verilişin bu hissəsi də maraqla izlənilirdi. Xanəndələr verilən suallara səbirli və təmkinli cavab verməyə çalışırdılar. Movqe.Az xəbər portalının müxbirinin, "Bəzi xanəndələr gənc ifaçılara qısqanclıqla yanaşırlar. Sizcə, buna nə səbəb ola bilər?" sualına, xanəndələr sənətdə qısqanclıq hissini normal qəbul qarşıladılar. C.Abdullayev şəxsən heç kimə qısqanclıqla yanaşmadığını bildirdi. Z.Əliyev isə sənətədə olan qısqanclıq hissini normal qəbul etsə də, müəyyəm açıqlmalarıyla diqqət çəkdi.

Ümumiyyətlə, bu və digər maraqlı məqamları bu həftənin şənbə günü saat 21:00-da izləyə bilərsiniz.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz