Əlaqə Arxiv
news Image
2013.11.22
15:21
| A A A
Aşıqdan jurnalistə əxlaqsız təklif: "Sənin kimi 100 qadını yatağımdan keçirmişəm"-YENİLƏNİB
Azad qadın saytının  redaktoru, jurnalist Aynur Qurbanqızının ittihamlarına Aşıq Namiq Fərhadoğlu cavab verib: 

 "Aynur Qurbanqızı dünən mənə və mənim dostumdan xahiş edir ki, mənlə çəkdiyin şəkli sil. Mən də onun efirdə danışdığına görə və sonra mənə deyir ki, səndən xosum gəldi. Sən çox simpatiçni oğlansan. Mən də yoldaşımdan ayrılmışam. Səndən xoşum gəlir. İstəsən sənlə oturub-duraram. Gecə sabahadək telefonla mənl' sevgidən danışır. Deyirəm necə utanmır. Min sifəti var".


Məlumat üçün bildirək ki, jurnalist Aynur Qurbanqızı aşıq Namiqi ona əxlaqsız təklif irəli sürməkdə ittiham edib. Mövqe.az jurnalistin yazdığı statusu da sizə təqdim edir: 


" Əsəbimdən ölürəm. Bu Namiq indi də məni şantaj edir, ya görüşək, ya səni biabır edəcəm, saytını bağlatdıracam, filan... Bu adam deyəsən qarşısındakının kim olduğunu bilmir. Puluna güvənir, səni belə saxlayacam, deyir. Pulun başına dəysin, sənin kimi mənliksiz kişilər mənim yanımdan heç yel ötüb keçə bilməz. Azərbaycan kişisi adına ləkədi bu adam! Məni şantaj edənə bax, arxasında hansı məmur durur bilmirəm, mənim də başımın üstündə Allah var. Qadınam, ele bilir sakit geri çəkiləcəm, amma bu cür kişilərin cavabını kimsə verməlidir. Belələrinə görə qadınların adı ləkələnir".

Aynur Qurbanqızı yeni status paylaşdı: ""Buradan elan edirəm! Əgər Aşıq Namiq mənə atdığı iftiralara son qoymasa intahar edəcəm. İyrənc təklif et, mən də onun cavabını verim, telefonu ustunə bağlayım və indi də bəyan edib ki, guya mən ona demişəm ki, gəl sənlə birlikdə olum. Əgər, belə bir fikrim varsa, facebookda niyə yazıram ki, bu adam məni şantaj edir. Elə sakitcə münasibət qurardım. Normal, ağıllı insan zaten ortada olan bu məntiqsizliyi anlayar. Əlində də sübut kimi bir şəkil göstərir ki, baxmayaraq ki, mən verilişdən sonra yeməyə Çığatel xanımın xahiş ilə getmişəm, Naiba Allahverdiyevadan saytima yazı hazırlamaq niyyəti ilə... Namiq nə gedəndə, nə gələndə mənim yanımda olmayıb. Qadınlarla yemek yeməyə getməkdə pis nəsə görmürəm. Getdim ki, o da ordadır. Və təbii ki, geri qayıtmadım, çünki efirdə olan efirdə qalır, durub həyatda da kimləsə də dava-qırğına çıxacaq səviyyədə deyiləm. Orada bir nəfərin sazı vardı (Bu saq qətiyyən aşıq Namiqə də aid deyil!) götürdüm sazla şəkil çəkdirəm, tez qaçıb arxamda dayandı və dostuna çək-çək dedi. Sonra da dedi ki, Sən, Aynur, bitdin... Mən də dedim ki, sən kimsənki bir şəkillə məni bitirəsən get işinlə məşqul ol. Buna yanıma olan 6 nəfər şahiddir. Daha sonra heç axşam 9-da olmamış evə qayıtmışam. O Naibə Allahverdiyeva və Çığatel xanımla nəsə toy məclisi vardı, ora çıxdı getdi. Sonra gecə zəng vurub iyrənc təkliflərini etdi. Mən də cavabını verdim! Səhərisi də (yəni söhbət dünəndən gedir) bütün günü zəng edib, cavab verməmişəm. Axşam işdən qayıdanda axır bezdim cavab verdim ki, əl çək məndən. O da dedi ki, mənə HƏ deməsən sənin başına oyun gətirəcəm, səni biabır edəcəm, əlimdə şəklin var-filan. Dedim sən deyəsən məni kimləsə dəyişik salmısan. Mən belə şeylərdən qorxub kişilərə əyilən olsaydım adım Aynur Qurbanqızı olmazdı. Başladı ki, özündən yekə-yekə danışma, mənim arxamda məmurlar durur, MTN dost-tanışım var. Sənin kimi 100 dənə qadını yatağımdan keçirmişəm. Təbii ki, bu iyrənc sözləri eşitdiyim an mübahisəni kəsdim (çünki axmaq mübahisələri sevmirəm) telefonu üstünə bağladım və ondan sonra 100 dəfə zəng etdi cavab vermədim. Və bundan sonra artıq özü dediyi iyrənc fəaliyyətə keçib. Məni məhv edən bilirsiz nədir? Mən qadnlığımla dilimə 1 yalan almaram. Müharibədirsə dürüstcəsinə döyüşərəm. O isə, rəsmən mənə iftiralar yazır. Çünki, qadın zərif məxluqdur, axı bizim namus, əxlaq dəyərlərimiz var. O bu incə nüansla məni "vurmaq" istəyir. İnanın ki, əsəbdən əllərim əsir. İnsan nə qədər mənliksiz ola ki, yalan danışa. Baxın, mənim belə şeylərə çox dözümüm yoxdur, burdan elan edirəm, bu adamı kimsə dayandırmasa, huquq-mühafizə orqanları buna müdaxilə etməsə, qadınları (siyahıda tək mən deyiləm, əksər qadınlar Namiqlə bağlı bu sözləri deyib) iyrənc oyunları üçün bu cür şantaj edən kişilərə etiraz olaraq intahar edəcəm! Ya da məni bu yoldan çəkindirmək üçün nələrsə yazın... Hazırda, oxuduğum yalanlardan dolayısı sadəcə şokdayam. Təsvir edin ki, mən bu adama qurumu endirib şəkilimi paylaşsa da, yazmamışam ki, sil. Çünki, mən aciz bir qadın deyiləm ki, belə şeylərə görə kiməsə yalvaram. Yazılarımla bu cür adamların cavabını verirəm. Amma yazıb ki, guya mən buna yalvarmışam ki, şəkili sil. Haqqımda o şeyləri yazandan, şəkil paylaşandan sonra sübut etsin ki, məndən ona zəng, mesaj gedib, facebookda nəsə yazmışam? Məhkəmədə telefon nömrələri çıxarılar və sübut olunar. Bir kişinin bu qədər saxtakar, yalançı olması məni şoka salır sadəcə... Bu adam özünü belə şeylərlə reklammı etmək istəyir? Reklam etmək üçün qadınlardan, qadınların namusundan, əxlaqından istifadə edən bu cür adamlara nə deyilir?".

Sizin Reklam Yeriniz