Əlaqə Arxiv
news Image
2013.11.25
11:14
| A A A
Ağır avtomobil qəzası keçirən müğənni danışdı

Xəbər verdiyimiz kimi "Toylar kraliçası" müsabiqəsinin ikincisi olan məşhur müğənni Tereza Əliyeva ağır avtomobil qəzası keçirmiş və bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi. Qəzadan sağ çıxan müğənniyə həkimlər danışmağa icazə veriblər:

"Qəzadan sonra hələ indilərdə özümə gəlirəm. Bədənim hələ də ağrılardan sızıldayır. Müəlicəm davam edir. Amma bu günlərdə mənə dəstək olan sevənlərimə öz minnətdarlığımı bildirirəm. Ölkəmizin hər bir bölgəsindən, hətta ölkə xaricindən bir çox həmvətənlərimiz narahat olaraq dayanmadan zəng vururlar. Hamıya demək istəyirəm, narahat olmayın, sağ və salamatam" – deyən Tereza Əliyeva bu gündən müalicəsinin davamını ev rejimində davam etdirəcək.

Sizin Reklam Yeriniz