Əlaqə Arxiv
news Image
2013.11.25
14:12
| A A A
Tolik Sevdanın nişanlanma xəbərindən danışdı-FOTO
Tanınmış ifaçı Sevda Yəhyayevanın prodüsseri Tolik onun nişanlanması ilə bağlı yayılan xəbərdən danışıb. Bu barədə Mövqe.az-a açıqlama verən Tarix Əliyev xəbərin yalan olduğunu bildirib: " Sevda İnstagramda  üzük şəkli qoyub. Ancaq bunu onun nişanlanması kimi yazmaq düzgün deyil. Axı heç bir nişan mərasimi olmayıb. Ola bilər yaxın gələcəkdə belə bir şey olsun. O zaman Sevda bu barədə açıqlama verər. Ancaq indiki zaman üçün elə bir şey yoxdur. Üzüyün Sevdaya kim tərəfindən hədiyyə olunmasını bilmirəm. Bu barədə məlumatım yoxdur. Dünən İnstagramda görüb, sadəcə şəkli like etmişəm".

Qeyd edək ki, bu gün Sevdanın "Son sözüm" adlı yeni, lirik mahnısı işıq üzü görüb. Mahnının söz və musiqisi İsmayıl Əsədova, orenjemanı isə Ramin Vəlibəyova aiddir. Tarix Əliyevin verdiyi məlumata əsasən sabahdan bu mahnı radio və efirlərdə səsləndiriləcək. 

Sizin Reklam Yeriniz