Əlaqə Arxiv
news Image
2013.11.25
16:31
| A A A
Elza Seyidcahan "döyüldü", şiddətə yox dedi!

Bu gün Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar "Park Bulvar" ticarət mərkəzində "Qadına vurma, vurul!" şüarı altında tədbir keçirilib.


Mövqe.az xəbər verir ki, tədbirin təşkilatçısı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "ADDIM" Yaradıcı Gənclər Assosiasiyasıdır.


Tədbirdə Azərbaycanın tanınmış qadınlarının iştirakı ilə fotosərgi təqdim olunub. Sərgidəki fotolarda xanımlar zorakılığı ifadə edən formada qrim olunublar. Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, "Eurovision" təmsilçimiz Səbinə Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Günay Malikqızı, jurnalist Ülkər Qasımova və "Birliyə Doğru" təşkilatının sədri Zərifə Quliyeva iştirak edib. Qadınların imicini Gürcüstandan xüsusi dəvət olunmuş qrim ustası Mariya İnasaridze hazırlayıb, fotoların müəllifi isə Ruslan Teymurovdur.

Sizin Reklam Yeriniz