Moldiv adasına bal ayına gedən Nigar İbrahimova və həyat yoldaşı Ruslan Musayev birlikdə istirahətin dadını çıxarıblar. Mövqe.az-ın məlumatına görə, cütlüyün səyahətdən ən maraqlı fotolarını əldə edib, onların sərgüzəştlərinin bir qisminə şahid olduq. Uçan balıqları izləyən Nigar və Ruslan, daha sonra okeandan özlərinə balıq ovlayıb, şam yeməyi təşkil ediblər. Bunun ardınca Pipi adasına gedən ər və arvad məhşur aktyor Leonardo De Kapriounun çəkildiyi "Beach" filmin məkanı ilə tanış olublar. Burada olan zaman ətrafdakı kərtənkələlər maraq doğurduğu qədər səyahətçiləri bir qədər qorxudurdu. Hətta Nigarla Ruslanın qaldığı otağa qədər ayaq açan sürünən həşərat onlara əyləncə dolu anlar yaşadıb.
4 tərəfi suyun içində olan bir məkanda tamam başqa mühitə düşən
cütlük Zakati də izləmək imkanları olub. Nigar və Ruslan bal ayını
arzuladığı kimi başa vurub, Bakıya qayıdıblar. Onlar səyahət zamanı
maraqlı mənzərələri də lentə alıblar. Mövqe.az həmin fotoları sizə
təqdim edir: