Əlaqə Arxiv
news Image
2013.11.26
13:16
| A A A
Brilliant Dadaşova: "Zəng edib dedilər ki, biletlərin 500 manata satılıb"

"Toylarımız mədəniyyət ocağıdır. Həmin toylar mədəniyyətimiz, tərbiyəmiz üzərində qurulub. Hər kəs konsertə gələ bilər. Ancaq toylar sayılıb, seçilən insanlar üçündür". Mövqe.az-ın məlumatına görə bu açıqlamanı xalq artisti  Brilliant Dadaşova APA TV-də yayımlanan "Üç valet" verlişinin qonağı olan zaman söyləyib. Müğənni toyu kiçildənlərə də ismarış da yollayıb: " Toyu kiçiltmək mədəniyyətsizlik olar. Mən Kobzonla, Tatlısəslə, Ajda Pekkanla, Alla Puqaçova ilə toyda olmuşam. İndi durub deyək ki, onlar toy müğənnisidirlər? Mən özümü şou-biznesdə hiss etmirəm. Şou göstərsəydim, akrobatika göstərərdim". 


Xalq artisti B. Dadaşova konserti zamanı biletlərinin əldə 500 manata satıldığını da söyləyib: " İndi çox konsert-konsert deyirlər. Mən 15 gün konsert verdim.  Xalq on beş günə göstərdi ki, məni necə sevir. Konsertdən sonra Mədəniyyət Nazirliyindən mənə zəng edib dedilər ki, heç bilirsən ki, biletlərin əldə 500 manata satılıb. Həmin konsertdən mənə cəmi 24 bilet vermişdilər. Onları da bilet almağa imkanı olmayanlara payladım".

Sizin Reklam Yeriniz