Əlaqə Arxiv
news Image
2013.11.27
12:00
| A A A
Aynur Qurbanqızı aşıq Namiqi məhkəməyə verdi: "Aynur Azərbaycan qadını adına ləkədir"

Jurnalist Aynur Qurbanqızı və Aşıq Namiq Fərhadoğlu arsında olan münaqişə məhkəmədə öz həllini tapacaq. Mövqe.az-ın məlumatına görə, "Azad qadın" saytının rəhbəri olan Aynur Qurbanqızı aşığın onun şərəf ləyaqətini təhqir etdiyini və ona böhtan atıldığını iddia edərək artıq məhkəməyə müraciət etdiyini bəyan edib. Aynur Qurbanqızı həmçinin şəxsi həyatı ilə bağlı məsələnin bu dərəcədə yayımından narahat olub, "ANS" televiziya kanalına da qadağa qoyub: 


"ANS" televiziya rəhbərliyinə rəsmi surətdə məktub yazmışam ki, mənim şəxsi həyatımı "Adam içində" verilişində müzakirəsində dayandırsınlar. Reytinq xatirinə hər dəliyə və cinayətkara mikrafon verib efirə çıxarmaq olmaz! Fakt bu adamı təhqir və böhtana görə məhkəməyə vermişəm və "Adam içində" bu yalanları təkrar-təkrar ictimaiyyətə yaymaqla özləri də bilmədən böhtanlara şərik olur, mənim nüfuzuma zərər vurur. Bəlkə, bir axmaq planlı şəkildə böhtan atıb birini həyatını dağıtmaq istəyir? Belə çıxır ki, TV-lər də bu cinayətə dəstək olacaq? Demək, istənilən Namiq kimi arsızlar, əxlaqsızlar, həyasız insanlar reklam xatirinə və ya hansısa qisas məqsədilə istənilən televiziya kalanalına daxil olub bu həngaməni qopara bilər? TV-lərin insanların, xüsusilə qadınların həyatı ilə oynaması bu qədərmi asandır? Dünən qarşı tərəf danışdı, bu gün də mən. Vəssalam. Daha bunu uzatmağım nə mənası var? Mən inanıram ki, ANS kanalı üçün insan taleyi reytinqdən daha önəmlidir. Və sabah ərizəmi rəhbərliyə çatdıracaqlar. Samira Safaraliyeva, Afet Rahilqizi, hər ikiniz qadın olduğunuz üçün inanıram ki, vəziyyəti daha yaxşı başa düşərsiniz... Məhkəmə bitsin, ondan sonra istədiyiniz qədər Namiqi efirə dəvət edə bilərsiniz. İndi, hal-hazırda bu bohtanları cəmiyyətə yaymaqla Namiq kimi əxlaqsızlara dəstək olursunuz. Sabah mən təkrar Vahid Mustafayevə ərizə yazacam, məktubu rəhbərliyə çatdırmasalar, yaxud gecikdirsələr mən bunu kütləvi informasiya ilə rəhbərliyin nəzərinə çatdırmalı olacam. Mən müğənni deyiləm, həyatımı şoulaşdırmağa və mənim bohtançı ilə birləşib imicimə zərbə vurmağa icazə vermirəm!



Aynur Qurbanqızının iddialarına cavab olaraq Namiq Fərhadoğlu  Mövqe.az-a öz fikirlərini bildirib: 


"Mən heç bir məhkəmədən qorxmuram. Çünki günahım yoxdur. Sadəcə o, qadın özünə reklam qazanır. Heç mənlə telefonda gecə saat 3-də 2 saat telefonda danışanda mən pis insan olmurdum. Restorana gələndə məni görəndə ki, eyni süfrədə oturmuşuq Çığatel və Naibə xanımla birlikdə o zaman niyə arxasını çevirib çıxıb getmədi? Bir süfrədə oturdu çörək kəsdi mənimlə... İndi çıxıb efirə ağzına gələni deyir sonra da ki, ANS-ə qadağa qoyur. İnsanların evinə qan salır. Kim buna bir kəlmə hə, yox deyirsə çəkib, yayımlayır. Bu axı nə dərəcədə düzgündür? Ans tv-də Aynur Qurbvanqızına ekspertlər də gözəl sual verdilər. Ancaq o heç cavabını da verə bilmədi. Dünənki verilişdə hamı onun reklama çıxdığınıgözəl bildi. Bir sözlə, Aynur tanınmaq istəyirdi, o da Namiq Fərhadoğlunun sayəsində tanındı. Ancaq, çox pis tanındı. Allah Aynura ağıl versin. Ancaq bunu deyərdim ki, o, çox böyük şantajçıdır. Bunu mənə qarşı bacara bilmədi. Sayəmdə tanındı, amma Allah belə tanınmağı kəssin! Son olaraq bir söz deyim ki, Aynur Azərbaycan qadını adına laiq deyil və bu ada  bir ləkədir".



Sizin Reklam Yeriniz