Ötən gün tanınmış teleaparıcı Aynur Hacıyeva həm doğum gününü, həm də yeni ticarət məkanının açılışını gerçəkləşdirib. A.Hacıyeva tədbirin aparıcılıq missiyasını həmkarı, tanınmış teleaparıcı Zabir Əliyevə həvalə edib.
Tədbirdə Azərbaycanın xalq artisti Amaliya Pənahova, Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, o cümlədən, teleaparıcılar Sədaqət Rəşidqızı, Elnarə Təhməzova, Lamiyə Ələkbərqızı, aktyor Elnur Kərimov, müğənnilər Elariz Məmmədoğlu, Emil Bədəlov, Səidə Sultan, Leyla Babayeva, Yaşar Yusub, Aysel Əlizadə, model Natella Kərimova və başqaları iştirak ediblər.
Çıxış edən qonaqlar səbəbkar Aynur Hacıyevanı təbrik ediblər və ona işlərində uğurlar arzulayıblar.
Tədbir maraqlı məqamaları ilə yaddaqalan olub. Belə ki, teleaparıcının rəhbəri olduğu məkanın əsas siması müğənni Emil Bədəlovun Səadət adlı qızı seçilib.
Məkanın açılışının qırmızı lentini Azərbaycanın xalq artisti Amaliya Pənahova kəsib və öz xeyir-duasını verib.
Çəhrayı rəngli paltarda diqqət çəkən A.Hacıyeva qonaqları üzərində məkanın adı yazılan tortun ətrafına toplayıb və Səadəti qucağına alaraq tortu kəsib. Daha sonra, qonaqlara xüsusi hazırlanan hədiyyələrini təqdim edən və ticarət məkanının xidmətləriylə bağlı qonaqlara məlumat verən A.Hacıyeva bildirib ki, "Li-Li" Art Group" adlı məkan toy, nişan, xınayaxdı və başqa əyləncəli tədbirlərin təşkili üçün xidmətlər təklif edir.