Bu barədə məlumat almaq üçün 100% F. A-nın özü ilə əlaqə saxladıq. Faiq Ağayev həmişəki kimi öz cavabı ilə bizi təəccübləndirməyi bacardı: "Əlbəttə insan səhvini etiraf edib, üzr istəyib. Səhhəti də pis durumdadır. Təbii ki, bağışladım. Reaksiya verməyəndə də, olmur. Çünki o qədər "yazıqlığından" sui-istifadə edənlər var ki...".
Xatırladaq ki, meyxanaçı Aydın Xırdalanlının təkzib və üzrxahlıq məktubunda belə qeyd edib: "Bu yaxınlarda bir sıra kütləvi informasiya vasitələrində yayılan müsahibəmdə Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayev barədə danışarkən, ünvanına əsassız olaraq "narkoman" ifadəsini işlətdiyimdən təəssüflənir, səsləndirdiyim ittihamların yanlış olduğunu etiraf edirəm. Sevimli Xalq Artistimizin adını bu cür nalayiq və alçaldıcı tərzdə hallandırmağımdan, etdiyim bu yolverilməz hərəkətimdən çox peşmanam. Çox təəssüf ki, səhhətimin hal-hazırkı durumu ilə əlaqədar, səmimi hörmət bəslədiyim sənətkarımız Faiq Ağayevə şəxsən üzrxahlıq edə bilmirəm. Bu müraciətimlə Faiq müəllimdən işlətdiyim xoşagəlməz və əsassız ifadələrimə görə üzr istəyirəm. Əminəm ki, xeyirxahlığı və böyük ürəyi ilə tanınan Xalq Artistimiz, səmimi peşmançılığımı qəbul edib, məni bağışlayacaq."