Əlaqə Arxiv
news Image
2013.11.28
14:31
| A A A
Lalə Məmmədova boşanma səbəbini açıqladıı"Xəyanət edən ..."
Müğənni Lalə Məmmədova ailəsi barədə açıqlama verib. Hal-hazırda 8 aylıq hamilə olan müğənni dünyaya gələcək övladının atasından deyəsən çox narazıdır. Hətta boşanıb-boşanmayacağı barədə dəqiq məlumat verməyən müğənni xanım bu barədə  "Pərdə" verlişində danışıb. Mövqe.az-ın məlumatına görə L. Məmmədova özünü güclü qadın hesab edib və bu çətinliklərin öhdəsindən tək başına da gələ biləcəyini söyləyib: "Qadın güclü varlıqdı və xəyanəti də keçməyi bacarır, mən də bu xəyanətə göz yumdum, yəni keçdim, məhz övladıma görə keçdim. Amma xəyanət edən kişi əgər duz-çörəyin vacibliyini bilmirsə, bir dəfə onu bağışlamaqla heç nə düzəlməz. Siz buna əmin ola bilərsiniz o heç vaxt düzəlməyəcək. Daxilən möhkəm insan bunların hamısını keçir. Övlad üçün tək bunları ana keçməli deyil, həmçinin bunun məhsuliyyətini daşıyan ata da keçməlidir".

Bəs bundan sonra necə olacağını soruşan aparıcıya müğənni belə cavab verib: "Əsas övladımdı, o, dünyaya gəlsin, sonrasına baxarıq və mən bunların hamısını keçəcəm. Çünki güclü qadınam. Övladım olduqdan sonra keçmişimə baxıb hazıkı varlığımla müqayisə edəcəm".
Sizin Reklam Yeriniz