Əlaqə Arxiv
news Image
2013.11.29
11:15
| A A A
Əli Mirəliyev: "Ay bala kimə baxırsan deyir, gedib Türkiyədə oxuyacam..."

Müğənni Əli Mirəliyev Türk şou-biznesinə qatılan müğənniləri tənqid atəşinə tutub. Əli Mirəliyev Mövqe.az-a açıqlama verən zaman bildirib ki, Azərbaycan dilində normal oxuya bilməyən müğənnilər xilas yolunu Türkiyə şou-biznesinə qatılmaqda görürlər: " Bir insan ki, öz musiqisini bilmir-qanmır, axı nəyə lazımdır xarici musiqini ifa etmək? Düzdür türk soyluyuq. Ancaq biz bir millət, iki dövlətik. Onların və bizim də adət-ənənəmiz, səhnə davranışlarımız, musiqi dəyərlərimiz fərqli-fərqlidir. Bizimkilər onlara ona görə meyl edir ki, türk musiqisini oxumaq asandır. Azərbaycanca oxumaq isə qat-qat çətindir. Heç gör bizim muğam oxuyanlar Türkiyə şou-biznesinə qatılmaq istəyər ? Yox! Getsinlər görüm Kanada və ya Braziliya şou-biznesinə qatıla bilərlər? Yox! Hətta bəzi dırnaq arası xalq artistlərimiz də Ü. Hacıbəyovun mahnılarnı ifa edə biləyib, qaçırlar Türkiyə şou-biznesinə.... Mənim özümə də qaranlıq qalır ki, ay bala kimə baxırsan deyir, gedib Türkiyədə oxuyacam. Bunlar niyə gedirlər ora, nəyə gedirlər ora vallah mənə də elə maraqlıdır. Ancaq mən azərbaycanlıyam, heç vaxt da Vətənimdən ayrılıb, Türkiyəyə getmərəm, oranın şou-biznesə qatılmaram".

Sizin Reklam Yeriniz