Qalmaqal: Azərbaycanlı reper vəhabilərə qarşı – VİDEO
Mövqe.az xəbər verir ki, Azərbaycanlı reper İbrahim Xəlil rep aləmində yeni olsa da artıq qalmaqaldadır.
Reperin "Yorğunam" adlı repi vəhabilərin ona qarşı çıxması ilə nəticələnib.
Beş gün ərzində rep "Youtube" şəbəkəsində 28 min izlənmə sayını keçsə də, video şəbəkədən yığışdırılıb. Buna səbəb isə repçinin vəhabiləri qəzəbləndirməsi olub.
Qeyd edək ki, repdə "Saqqal altda yatan dinim şalvarı dizdədi" sözləri vəhabilərin İbrahim Xəlilə qarşı olan aqressiyasını dahada çoxaldıb.