Yeni il öncəsi Ramal sevənlərini belə sevindirəcək
Müğənni Ramal Əsədzadə yeni mahnılar üzərində çalışır. 2014-cü ildə daha da uğurla addımlamağı düşünən müğənni həmin mahnılardan birini yeni il ərəfəsində tamaşaçılara təqdim edəcək. Bundan savayı, pərəstişkarlarına sürpriz etməyi planlaşdıran ifaçı Movqe.az-a açıqlama verib:
"Möhtəşəm bir sürpriz hazırlayıram. Təkcə onu deyə bilərəm ki, məni sevənlər çox sevinəcək. Surpriz haqqında çox danışmaq istəmirəm. Bir az intizarda qalın. ancaq gözləməyə dəyəyr. Söz verirəm ki, sürprizim barədə ilk açıqlamanı da elə Movqe.az-da elan edəcəm".