Diva 20 minlik alış-veriş etdi-FOTO
Türk sənət musiqisinin divası Bülent Ersoy Nişantaşında alış-veriş edib. Mövqe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, diva, ilk olaraq "All Happy Days" mağazasını bağlatdırıb və rahat alış-veriş edib. Ersoy mağazadakı bütün əşyaları yaxından araşdırıb, baxdıqdan sonra 50 min Tl-lik (19 min 360 manat 97 qəpik) dəyərində alış-veriş edib. Mağazada iki saatdan çox qalan Bülent Ersoy yeni il üçün dostlarına hədiyyələr alıb. Daha sonra müğənni Reasürans Çarşısında bir ayaqqabı dükanına gedib. Oranı da bağlatdırıb rahat alış-veriş etdikdən sonra evinə yollanıb. B. Ersoy son moda və ən qiymətli ayaqqabıları alıb.