Əlaqə Arxiv
news Image
2013.12.03
11:33
| A A A
Vaqif Gərayzadənin yeni bəstələdiyi mahnıya klip çəkilir-FOTOLAR

Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə yeni bəstələdiyi mahnısını müğənni Tərlan Bəxtiyara həvalə edib. Mövqe.az-ın məlumatına görə, sözləri Sərvər Şahbəyliyə və aranjeman müəllifi Rabil Səfərliyə məxsus olan "Ey, sevənlər!" adlı mahnını T.Bəxtiyar mahnını tək ifa etməyərək, duet ortağı seçib. Onun seçimi gənc həmkarı Nərgiz İxtiyardır.

Əməkdar incəsənət xadiminin mahnısına rejissor Eyyub Əliyev klip çəkib. Rejissorun sözlərinə görə, smeta dəyəri 5000 AZN olan klip əvvəl başqa süjet xətti ilə çəkilsə də, daha sonra fikrini dəyişərək, əlavə çəkilişlər edib və süjeti tamamilə dəyişdirib.

"Klipdə duet ortaqları sevgilidirlər. Klipdə Tərlan populyar müğənni obrazını, Nərgiz isə onun sevgilisini canlandırır. Klipdə tanınmış teleaparıcı Elcan Rəsulov da rol alıb", - E.Əliyev deyib.

Məlumat üçün bildirək ki, E.Əliyev bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin sifarişi olan yol hərəkəti təhlükəsizliyi haqqında çəkilən maarifləndirici filmlərin müəllifidir. Klip rejissorun ilk işi hesab olunur.

Mövqe.az klip çəkilişindən olan fotoları sizə təqdim edir: 

Sizin Reklam Yeriniz