Əlaqə Arxiv
news Image
2013.12.03
13:24
| A A A
İbrahim Tatlıtesin yeni boşanmış həyatyoldaşı:"Mən aciz qadın deyiləm"

İbrahim Tatlısesin yeni boşandığı həyat yoldaşı Ayşegül Yıldız Türkiyədə yayımlanan televiziya proqramına telefonla bağlanaraq bitən evlilikləri haqqında açıqlamalar verib. Mövqe.az-ın məlumatına görə, bu günə qədər heç bir açıqlama verməyən xanım sonunda danışmaq qərarına gəlib:


"Həmişə susdum amma artıq danışmaq lazımdır. Çünki susduqca cəmiyyətdə alçaldılmış, əzik kimi görsənirəm. Mən aciz biri deyiləm. Mən İbrahim Tatlısesin sonuna qədər yanında olacağam. Çox səhv şeylər danışılır. Bunları eşidəndə məyus oluram. Mənim də bir ailəm var. Bir mübahisə etdik "boşanacağam" dedim. İbrahim bəy də tamam dedi. Yəni, bu qərar 3 gün ərzində verildi.  Yaxşı ki, evlənmişik. Çünki çox gözəl qızımız var. İbrahim bəylə ikinci Barış adlı uşağımızın da olmasını istəyirdik. Ancaq olmadı. İkinci uşaq haqqında çox danışmışdıq. Hər şeyə baxmayaraq biz İbrahim bəylə hələ də görüşürük. Köhnə dost düşmən olmaz "deyən Yıldız, bundan sonra sizə kim baxacaq? sualına, "İbrahim bəy bu günə qədər həyatına girən heç bir qadına zərər vermədi, onları kiməsə möhtac buraxmadığı kimi məni də zərər çəkmiş etməz. O, bütün arvadları ilə yaxşı davrandı, mənimlə də həmişə hörmətli oldu, yaxşı davrandı. İnşallah mən də heç kimsəyə möhtac deyiləm" cavabını verib. 

Sizin Reklam Yeriniz