Əlaqə Arxiv
news Image
2013.12.03
16:22
| A A A
Razi Şükürovun bacısı oğlu "Bəyaz gəlin"i təqdim etdi

Son zamanlar efirlərin sevimli simasina çevrilən gənc müğənni Fərid Quliyev yeni, "Bəyaz gəlin" adlı mahnısını dinləyicilərin ixtiyarına verib. Mövqe.az-ın məlumatına görə, mahnının musiqisi Məhəmməd Sabiroğluna, sözləri Aydın Arslana, aranjimanı isə Fərid Kərimliyə məxsusdur. 


Bundan əvvəl bir neçə mahnısı (Nadir Əzimovun "Təki sən çağır", Tunar Rəhmanoğlunun "İlk eşqim" ) və klipləri ilə dinləyicilərin sevimlisinə çevrilən Fərid, vaxtilə Atv-də yayımlanan "Yeni ulduz" yarışmasının finalçılarındandı. 


Qeyd edək kı, Fərid xalq artisti, sənətkar Razi Şükürovun bacısı oğlu olmaqla yanaşı, həm də ali təhsilli musiqiçidi. 



Sizin Reklam Yeriniz