Əlaqə Arxiv
news Image
2013.12.04
11:06
| A A A
50 yaşlı Hülya Avşarın arıqlama sirri ortaya çıxdı
Türkiyəli məşhur müğənni Hülya Avşarın formada qalma sirri ortaya çıxıb. Mövqe.az-ın Türk mətbuatına istinadən verdiyi məlumata görə, Hülya Avşar formada qalmaq üçün müxtəlif vasitələrdən istifadə edir.  Avşar, verdiyi doqquz kilonu geri almamaq üçün hər gün bir ovuc ləbləbi yeyir. Ötən il pəhriz yolu ilə doqquz kilo arıqlayan Hülya Avşar, formasını qorumaq üçün həm də möhkəm bir məşq proqramı tətbiq edir. Oktyabr ayında 50 yaşına girən məşhur sənətçi, verdiyi kiloları geri almamaq üçün həm də yediklərinə diqqət edir. Hər gün bir ovuc ləbləbi yeyən Avşar belə bir açıqlama verib: "İdman etməklə yanaşı yediklərimizə də diqqət yetirməmiz şərtdir. Ləbləbinin böyük faydasını gördüm". 
Sizin Reklam Yeriniz