Əlaqə Arxiv
news Image
2013.12.04
12:12
| A A A
"Tuğçe Gendigelen əslən azərbaycanlı deyil"

"O səs Türkiyə" yarışmasından məğlub olub, Vətənə qayıdan Sevinc və Sevil bacıları rəqibləri və yarışma haqqında maraqlı açıqlamalar veriblər. Mövqe.az-ın məlumatına görə, bacılar "ATV" tele kanalında yayımlanan "Onlar" verlişinə açıqlamasında Ebru Gündeş haqqında heç də mənfi fikirdə olmadıqlarını iddia ediblər: " Ebru Gündeşin heç bir günahı yoxdur. Qərar vermək münsiflərin yox, yalnız yarışmanın rəhbəri olan Acunun əlində idi. Münsiflərin Acuna söz deməyə ixtiyarları yoxdur".

Sevil və Sevinc bacıları dueldə onlara qalib gələn  Tuğçe Gendigelen haqqında da ilginc açıqlama veriblər:  

"O, bizi gördükdən sonra fikirləşib ki, mən də azərbaycanlı olduğumu deyim. Çünki biz Azərbaycanın adını çəkəndə coşqu ilə qarşılandıq. Biz səhnə arxasında olan zaman  onun atasından soruşduq ki, siz də azərbaycanlısınız? Dedi ki, yox, biz azəri deyilik. Bəzi müğənnilərimiz çıxışımızdan sonra  sosial şəbəkədə status yazırdılar. Tənqid, bəzən hətta təhqir edirdilər. Hələ də müzakirə olunuruq. Qoy onlar status yazmaqlarında, biz isə öz işimizdə olaq".

Sizin Reklam Yeriniz