Əlaqə Arxiv
news Image
2013.12.04
12:41
| A A A
Rəqsanə 5 ad çəkəcək

Müğənni Rəqsanə İsmayılova hazırda İstanbuldadır. O, türkiyəli heyətlə nəzərdə tutulan layihələrini həyata keçirir. Bundan əlavə Rəqsanə xanım söz və musiqisi özünə məxsus olan 5 mahnı hazırlayıb, oxuması üçün yerli sənətçilərimizə təqdim edəcək. Həmin mahnılar Türkiyədə aranjeman olunub. Müğənni bu barədə Mövqe.az-a bildirib: 


"5 müğənninin kimliyini müəyyən etmişəm. Səslərinə dəyər verdiyim həmkarlarım oxuyacaq. Kişisi də var, qadını da. Bu mahnıları onlara hədiyyə olunacaq. Hələlik adlarını bəlli etmək istəmirəm. Gələn həftənin sonları Bakıya gələcəm. Mahnıları həmin ərəfədə təqdim edəcəm" – deyən Rəqsanə xanım sənəti ilə bağlı bir sıra yeniliklərin olacağını söylədi. Eyni zamanda o, burda bir sıra Yeni il çəkilişlərində iştirak edəcək.

Sizin Reklam Yeriniz