Əlaqə Arxiv
news Image
2013.12.04
15:14
| A A A
Azərbaycanlı müğənni: "Röya mənim bekvokalçım olub"-VİDEO
Bəstəkar müğənni Rəhim Rəhimli şou-biznesdə olan dostluqlar barədə danışıb. Mövqe.az-ın məlumatına görə "Onlar" verlişinə açıqlama verən müğənni Şou-biznesdə dost yoxdur deyən insanlara sərt ismarış yollayıb: " Şou-biznesdə dost yoxdur deyən insanın heç həyatda da dostu yoxdur. Ancaq bədbəxt, yalnız insanlar deyə bilər ki, mənim dostum yoxdur, mən heç kəsə güvənmirəm. Mənim pulum dostumdur, cibimdir deyənlərə də normal baxmıram. Ona qalsa mənim pulum da var, ad-sanım da...İnsanın özündən aslıdır. Əgər sən düzgün olarsansa qarşına elələri çıxar. Mənim şou-biznesdə kifayət qədər dostlarım var. Xanım ifaçılardan Röya Ayxanla uzun illərdir dostam. O, xanım mənim bir zəngimlə studiyaya gəlib və mənim bek-vokalımı oxuyub. Şou-biznesdə də dost var".



Sizin Reklam Yeriniz