Əlaqə Arxiv
news Image
2012.05.28
20:10
| A A A
Məşhur aktyorun qızı çox bahalı və dəyərli çantasını yandırıb


Movqe.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın məşhur aktyoru Klint İstvudun qızı Françeska, aylarla gözlədiyi 100 min dollar dəyərində olan "Hermes Birkin" markalı çantasını yandırıb.

Françeska İstvud fotoqraf sevgilisi Tayler Şildesin fotosessiya çəkilişlərində müxtəlif rakurslarda şəkillər çəkdirib. İlk əvvəl çantanı mişarla kəsən 18 yaşındakı Françeska, daha sonra timsah dərisindən hazırlanan çantanı yandırıb.

Dünyada "Hermes Birkin" markanın xəstəsi olan Viktoriya Bekxem 100 çantalık bir kolleksiyaya sahibdir.

"Hermes Birkin" markalı çantaların qiymətləri 9 min dollardan, 150 min dollara qədərdir. Çantalar duzlu su timsahının dərisindən hazırlanır və brilliant aksesuarlarla bəzədilir.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz