Əlaqə Arxiv
news Image
2013.12.06
10:59
| A A A
"Onunla işləyərkən, sanki Aygün Kazımovanın üzünü makiyaj edirdim"

Milli estrada ifaçıları arasında səs tembrinə görə seçilən Sevinc Musayevə yeni klip çəkdirib. Avropa üslubunda ərsəyə gələn "Yalvarma" (musiqisi Minayə xanım, sözləri Yunus Oğuz) mahnısın görüntüləri HD keyfiyyətdə Slow mothion effektindədir.

Klipini yeni yaradılmış gənc və istedadlılardan ibarət Azəri production-a etibar edən Sevinc xanım klip sarıdan özünü şanslı hesab edir. Az maliyyəyə effektli klipləri çəkilən S.Musayeva Movqe.az-a maraqlı açıqlama verib:

"Heç vaxt klipə 20 min manat xərcləmərəm. Bu məbləğə 4-5 yaxşı klip çəkdirmək mümkündü. Fikrimcə, klip dünya bazarına çıxmırsa, ona fantastik məbləğ ödənilməsinin önəmi yoxdur. 20 min manata yaxşı mahnılar yazdırıb, albom çıxarmaq daha məqsədə uyğun olar".

Klipin effektinə görə, Türkiyə kanallarına çıxmaq şansı var. Özünəməxsusluğu ilə seçilən Sevinc Musayeva kliplərindəki obrazlarında təqlidə yol vermədiyini vurğulayıb.

"Kimisə təkrarlamağı sevmirəm. Hər şey bədahətən gəlir və gözəl alınır. Kimisə təkrarlamaqla, müğənni olmaq olmaz" – deyən sənətçi haqqında stilisti Sərxan danışıb: "Sevinclə işləyərkən, sanki Aygün Kazımovanın üzünü makiyaj edirdim kimi hiss bağışladı. O, fırça altında tamam dəyişir".

Xatırladaq ki, ekran işində S.Musayevanın tərəf müqabili onun keçmiş duet ortağı, fotomodel Aydın Cəfərovdur.

Klip zamanı çəkilən fotolar: 


Sizin Reklam Yeriniz