Əlaqə Arxiv
news Image
2013.12.06
12:22
| A A A
Lətifənin möhtəşəm "Məhkəmə"si baş tutdu-VİDEO-FOTO

Dünən vokalçı Lətifə Soyuöz növbəti uğurlu layihəsini həyata keçirdi. Müğənni uzun zamandır mətbuatda danışılan məhkəmə söhbətinə dostları və media nümayəndələri qarşısında son qoydu. Mövqe.az-ın məlumatına görə, uğurlu piyarı nəticəsində 2 aya yaxındır "Məhkəmə"nin əslində yeni klipin və mahnının adı olduğunu müğənni maraqlı bir iş ərsəyə gətirməyə müvəffəq oldu.

Lətifənin 5 aydır üzərində çalışdığı "Məhkəmə" mahnısının bəstəkarı Naibə Şahməmmədova, söz yazarı İlham Abduyev, aranjeman Yaşar Baxış, klipin rejissoru Anar Hüseynovdur. Klipdə həmçinin dünənki təqdimatda müğənninin geyimi üzərində modelyer Renat Ramazanov, saç düzümü Romaya, makiyajı isə Kristinaya məxsusdur.

"Məhkəmə" klipində Lətifənin üz-üzə gəldiyi sima məşhur ifaçı-bəstəkar Rəhim Rəhimli olub. Rəhimin kimliyi klipin sonunda bəlli olur. Rəhim təqdimat mərasimində də ənənəsinə sadiq qalıb, klip təqdim olunandan sonra gəlir.

"Məhkəmə"də daha bir maraqlı sima Rəhimin vəkili obrazını canlandıran Gənc Tamaşaçılar Teatrının aktroyu Vüsal Mehrəliyev idi. Aktyor peşəkar işi ilə hər kəsi heyrətə gətirə bildi.

Ümumilikdə klipdə 80 nəfər aktyor çəkilib. Hər birinin geyimi və qrimi özəl olaraq hazırlanıb. Klipin büdcə bu günki klip bazarı qiyməti ilə ölçsək kifayət qədər böyükdür.

Mərasimdə klip haqqında təəssüratlarını bölüşən müğənni həyəcanlı olduğunu bildirib: "Öncə məni tək qoymayıb buraya təşrif buyuran hər kəsə təşəkkür edirəm. Hər zaman səviyyəli iş təqdim etməyə çalışmışam. "Məhkəmə" mahnısına çəkilən klipə çoxlu maddi vəsait sərf etmişəm. Bu gün çox həyəcanlıyam, ayların zəhməti hesabına ərsəyə gələn işimi sizlərə təqdim edirəm. Peşəkar insanlarla çalışmışam, əminəm ki, tamaşaçılar da klipi bəyənəcək".

Media nümayəndələrinin qarşısında Rəhim Rəhimli də çıxış etdi. İfaçı Lətifənin yüksək səviyyəli işinə belə münasibət bildirdi: "Çox sevinirəm ki, bizim şou-biznesdə belə iş göstərənlər də var. Lətifə ilə iş birliyinə düşünmədən razılıq verdim. Çünki onun gözəl səsi var. Dostum Anar Hüseynovun da ssenarisi də çox ürəyimcə oldu. Mahnı da gözəl bəstələnib. Həmçinin Yaşar Baxış dəsti-xətti öz sözünü deyir".

Jurnalistlərin suallarını cavablandıran bəstəkar Naibə Şahməmmədova da ərsəyə gətirdiyi mahnının bu cür uğur qazandığına sevindiyini vurğuladı.

Təqdimatdan sonra müğənni media nümayəndələri və sənət dostları üçün ziyafət təşkil edib.


Sizin Reklam Yeriniz