Bergüzar Korel coşdu: "Anlamadan, dinləmədən...."
Məşhur türkiyəli aktrisa Bergüzar Korelin səhifəsində
paylaşdığı fotoşəkil başına bəla olub. Məşhur aktrisa dəri
xəstəliyinə tutulan iki qardaşın fotoşəkilini Twitter hesabında
paylaşaraq belə yazıb: "Yorğun gözlərinə, ürəklərinə,
bədənlərinə ümid olaq" .
Mövqe.az-ın məlumatına görə, bu şərh bir qəzetdə yayımlandıqdan sonra Bergüzar Koreli özünü bu cür reklam etməkdə günahlandırıblar. Bundan dərhal sonra Bergüzar Korel Twitter səhifəsinə "Anlamadan , dinləmədən əlinizdə hazır tutduğunuz daşları yenə başıma atdınız! Çox təşəkkür edirik! Tamamilə kömək etmək adına yazdığım bir mesajdan qəzet xəbər düzəltmiş. Ailəyə kömək göndərməmişik. Yalnız şərh yazmışam. Bunu bu qədər şişirtmək lazım deyil".
Mövqe.az aktrisanın paylaşdığı xəstə uşaqların fotosunu da sizə təqdim edir: