Əlaqə Arxiv
news Image
2013.12.08
18:54
| A A A
Natəvan Həbibidən hədə-qorxu:" Elə video, foto görüntülər var ki..."
Müğənni Natəvan Həbibi yenə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Müğənni xanım bu dəfə hədə-qorxu gəlməklə yerli şou-biznes əhlinin gözünü qorxutmağa çalışıb. Mövqe.az-ın məlumatına görə "ATV maqazin" verlişinə açıqlamasında Natəvan Həbibi ad çəkməsə də, konkret ünvanlı mesajlar yollayıb: " Mənim əlimdə dəhşətli faktlar var. Bir sənətçi, müğənni üçün heç də xoş olmayan dəlillərim var. Elə video, foto görüntülər var ki, həqiqətən də danışsam, göstərsəm çox pis olacaq. Biabır olacaqsan! Mənə sataşma, əl çək məndən! İlhamə xanım mənə Prinsessa titulunu verib, söyləyib ki, əcəb edirəm, sən mənim qızımsan bu adı mən sənə verirəm. Mən də sevə-sevə qəbul etmişəm. Səhər durub görürüəm ki, kimsə öz itini qucağına alıb onu Prinsessa adlandırır. Mən illərdir heç bilmirəm axı o, müğənni məndən nə istəyir? Nəyin davasını edir mənimlə? "Dablyo trio" qrupunda oxuyanda həmin müğənninin mənimlə əlaqəsi çox yaxşı idi. Sonra nə oldu heç özüm də bilmədim".


Natəvan Həbibi bugünkü şou-biznesin vəziyyətini belə analiz edib: "Bugünkü şou-biznesimiz dəlixananın bir palatasıdır. Kim nə istəyir danışır, kim nə istəyir edir. Mənim bu aykı istirahətimə bizim şou-əhli rəng qatdı. Dəhşətdir vallah...".


Məlumat üçün bildirək ki, şou-biznesdə itinin adı Prinsessa olan müğənnimiz xalq artisti, diva Aygün Kazımovadır. 

Sizin Reklam Yeriniz