Əlaqə Arxiv
news Image
2012.05.29
13:22
| A A A
Cenifer Lopez səhnədə keçmiş əriylə, klubda sevgilisiylə - FOTO

Movqe.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Cenifer Lopez nə keçmiş ərindən, nə də hazırki sevgilisindən ayrıla bilmir. C.Lopez ilə Mark Entoninin ayrılmaqlarına baxmayaraq, onlar dünən ABŞ-ın Las Veqas şəhərində təşkil edilən şou proqrama birlikdə qatılıblar.

Səhnəyə əl-ələ çıxan, bir-birlərinə dəqiqələrlə sarılan və birlikdə mahnı oxuyan məşhur cütlük, tamaşaçılara romantik dəqiqələr yaşadıblar. Axşam olanda isə C.Lopez bu dəfə 25 yaşlı rəqqas sevgilisi Kasper Smartla əl-ələ jurnalistlərin qarşısında görünüb. Cütlük Las Veqasdakı gecə klublarının birində səhərə qədər rəqs edib əyləniblər. K.Smart C.Lopezin tamamiylə intimə bağlı olduğunu söyləyib.

"Bəzən mən özümü 42, onu isə 25 yaşındaymış kimi hiss edirəm", - K.Smart deyib.

Fuad Mədətov

Movqe.Az




Sizin Reklam Yeriniz