Fast & Furious-ın məşhur aktyoru Paul Volkerin 5000 fanatı onun qəza keçirdiyi yerdə yığışaraq aktyoru anıblar. Bazar günü keçirilən yığıncaqda aktyorun minlərlə fanatı bir araya gəlib, bəziləri maşınla yüksək səs performansı göstərərək hörmətlə Paul Volkeri yad edib. Movqe.Az "The Guardian"a istinadən xəbər verir. Cədvələ uyğun olaraq yas mərasimi günorta başlamalı idi, lakin insanlar daha tez gələrək mərhumun qəbri üzərinə gül, noğul, içi doldurulmuş heyvanlar və başqa şeylər qoyub. Anım mərasimində böyüklərlə yanaşı ailələr və uşaqlar da iştirak edib. Anım mırasimi sakit olsa da, polislər bundan heç məmnun olmayıb. Belə ki, insanlar qanunsuz yerlərdə maşınlarını saxlayıb, qəzanın olduğu yerdə sürətlərini və mühərriklərinin səsini artırıb. Xatırladaq ki, Paul Volker 30 noyabrda Los Ancelesin 30 mil şimal qərbində vəfat edib. Bu zaman o tək olmayıb, aktyor dostu və maliyyə məsləhətçi Roqr Rodas ilə birlikdə olub. Rəsmilər qəzanın baş vermə səbəbi kimi yüksək sürəti göstərib.