Əlaqə Arxiv
news Image
2013.12.11
12:41
| A A A
Musa Təranə ailəsində təzə qalmaqal:"O, çobandır"
Təranə Qumral və Musa Musayevin ailəsində yenidən qalmaqal yaşanıb.Yenidən barışan cütlük bu dəfə şontajçı adlandırdıqları insanın şər-böhtanı ilə üzbəüz qalıb. Natiq adlı şəxs redaksiyamıza məlumat verən zaman bildirib ki, Musa Musayevlə biznes şərikidir, ortaqdırlar. Amma Musa Musayev ona pul borcludur və borcunu artıq neçə müddətdir ki, ödəmir: "Dəfələrlə borcumu istəsəm də, o mənə bir qəpik də verməyəcəyini bildirdi. Hətta üstümə bıçaq çəkdi, hədələdi. Arvadı da, özü də eynidirlər. Pulumu istəyirəm". 


Məsələ ilə bağlı Movqe.az-a açıqlama verən Təranə Qumral deyilənləri inkar etdi: "Musa Musayev tanınmış müğənnidir, hörmətli insandır. Onu çox adam tanıya və şərləyə bilər. Ancaq buna inanmayın. Şərdir, böhtandır, şantajdır! Natiqin pulu hardadır? O, rayonda çobandır. Araşdıranda dediyimin düz olduğunu görəcəksiniz. Musa onunla birlikdə iş qurmayıb, ona borclu da deyil. Natiq "afirist"di. Çıxıb deyir ki, ay cammat, bunları toya çağırmayın. Sən deməklədi? Xalqın gözü tərəzidir. Biz o kəsi məhkəməyə verəcəyik. Qoy görsün ki, xalqın sənətçilərinə qara yaxmaq nə deməkdir".

Sizin Reklam Yeriniz