Əlaqə Arxiv
news Image
2012.05.29
16:48
| A A A
Avroviziyanın qalibi Lorin: "Qələbəmi adi qeyd edəcəm, yaxşı yeməklə"- FOTO

Movqe.az xəbər verir ki, Azərbaycanda keçirilən 57-ci Avroviziya mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi 28 yaşlı Lorin oldu. Onun haqqında İsveçin məşhur Express qəzetində "Qələbəyə görə çox sagol Lorin " başlıqlı məqalə dərc olunub.Lorin öz mətbuat konfransında  bildirib ki: "17 mənim xoşladığım rəqəmdi və o, mənə uğur gətirdi. indi mən özümə qarşı olan böyük diqqətdən qorxuram, çünki mən utancaq insanam. Qələbəmi keçirməyə gəldikdə isə mən onu çox sadə qeyd edəcəm, yaxşı yeməklə söyləyib. Mən çox xoşbəxtəm." Onu qələbə münasibətilə ilk anası təbrik edib. Qələbəmi anama həsr edirəm. Mətbuat  konfransı zamanı jurnalistlərdən biri Lorinə surpriz edərək anasını konfrans zalına çağırdı. Lorinə daha bir surprizi rus jurnalisti edib, belə ki, jurnalist ona  iki ədəd "Аленка" şokoladı verib. Lorin isə üzərində uşaq şəkli olan şokolada baxaraq gülümsəyib və ikinci yeri qazanan Buranovskie Nənələrin yanına gedib.

 Nənələri çox sevdiyini bildirən Lorin onları bir-bir öpüb.

Ona ünvanlanan suala, Azərbaycana bir də gələrsinizmi? sualına Lorin: " Mən Azərbaycanı, insanlarını  çox sevdim. Hara da getsəm mənə çox yaxşı münasibət  göstərirdilər. Əlbəttə məni Azərbaycana dəvət etsəniz, böyük məmnuniyyətlə gələrəm" söyləyib.











Sizin Reklam Yeriniz