Əlaqə Arxiv
news Image
2013.12.12
13:26
| A A A
Boşanan müğənni: "Subay qızam, deməli yanımda oğlan olmalıdı"

Türk vətəndaşı ilə ailə qurub, tezlikcə də boşanan Səidə Dadaşovadan yeni xəbər var. Müğənni sosial şəbəkələrdə oğlanla yayılan fotoları barədə açıqlama verib. Mövqe.az-ın məlumatına görə, "Lider" televiziyasında yayımlanan "Bizim gün" verlişində  qonaq olan zaman bu məsələyə aydınlıq gətirən müğənni belə bildirib: " Subay qızam, deməli yanımda oğlan olmalıdı. Burada qəribə nə var axı? Çox mədəni, tərbiyəli biridir. Həm də ki, o, mənim duet ortağımdır. Cazibədar qızam, tanınmış ailənin övladıyam. Kim nə deyir, desin. Bu məni narahat etmir".

Müğənni yenidən ailə qurmaq  barədə verilən sualı isə belə cavablandırıb: " Yox, yox... Yenidən ailə qurmaq hələki istəmirəm. Çünki çox usanmışam".

Qeyd edək ki, Rəfael Dadaşovun qızı Səidə Dadaşova türk vətəndaşı Selçuk Gökgözdən 1 ildir ki, ayrılıb. Qalmaqallı boşanan cütlük bir-birini ittiham edib. Və həyat yoldaşı Səidəni xəyanətdə, ona vaxt ayırmamaqda günahlandırıb.


Sizin Reklam Yeriniz