Əlaqə Arxiv
news Image
2013.12.12
15:12
| A A A
Rihanna reabilitasiya mərkəzindəki köhnə sevgilisinə baş çəkdi?

25 yaşındakı gözəl müğənni Rihannanın həftəsonu başı qarışıq olub. Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, deyilənlərə görə bazar günü Rihanna köhnə sevgilisi Kris Braunu reabilitasiya mərkəzində ziyarət edib. 


İngilis mətbuatına danışan bir şahid , həftəsonu gənc bir qadının Kris Braunu  ziyarətə gəldiyini və onun Krisin köhnə sevgilisi Rihanna olduğunu söyləyib. Ancaq başqa bir şahidin açıqlamasına görə həmin gənc qadın Rihanna yox, Krisin indiki qız yoldaşı Karrueche Tran idi. Xəstəxanada ziyarətçilərin adı araşdırılan zaman da bəlli olub ki,  Rihannanın adı , reabilitasiya mərkəzinə gələn qonaqlar siyahısında yer almır.

Qeyd edək ki,  Rihanna sonuncu açıqlamasında köhnə sevgilisini artıq düşünmədiyini və sevmədiyini açıqlamışdı. 


Sizin Reklam Yeriniz