Əlaqə Arxiv
news Image
2013.12.12
15:18
| A A A
Ruhi İlhamə Quliyeva üçün bütöv quzu bişirtdirdi

Azərbaycanın biznes-ledisi Ruhi xəstəxanada yatan "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyevaya baş çəkib. Mövqe.az-ın məlumatına görə, Ruhi İlhamə xanım üçün bütöv qızardılmış quzu bişirtdirib, aparıb. İlhamə Quliyeva quzunun dadına baxıb. Prodüser Toliklə birgə xəstəxanaya gedən Ruhi xalq artisti ilə şəkil də çəkdirib. 

Məlumat üçün bildirək ki,  İlhamə xanım Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub. muşdu. Həkim  məsləhəti ilə əməliyyatdan sonra sənətkar vaxtaşırı həkim müayinəsindən keçməlidir. 9 dekabr 2013-cü ildə də İlhamə xanım növbəti dəfə sadəcə müayinədən keçmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına yollanıb. Və xəstəxanada müayinələrdən keçən İlhamə xanıma bir sıra dövlət xadimləri və sənətçilər baş çəkib.

Sizin Reklam Yeriniz