Sevda: "Sağlamlığımı dala qaytar, alçaq"
Müğənni Sevda Sanaliyeva onu sevən şəxsə facebook vasitəsilə cavab
verib. Müğənni həmin kəsi onun facebook və mail adreslərinin
parollarını qırmaqda günahlandırırb. Mövqe.az sənətçinin ittiham,
kin-nifrət dolu statusunu sizə təqdim edir: " Varda belə
qırsaqqızlar. 4-cü ildir artıq. Qırıl da qırıl. Güclə heç nə
olmur!! İstəyirsən şər at, istəyirsən parolumu qır, girib dəyiş,
istəyirsən də öl mənim üçün! Gecdir gec! Sağlamlığımı dala qaytar,
alçaq! Əziz dostlar facebook parolumu qırıb, girən şəxsin nömrəsini
bir azdan açıqlayacam".
Qeyd edək ki, müğənni bir neçə ildir səhnədən uzaqlaşıb. Səbəb isə öz açıqlamasına görə anasının xəstəliyi ilə bağlıdır.