PSY yenə partlayış edəcək
Cənubi koreyalı repçi PSY yeni albom üzərində
işini tamamlayıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki,
bu albom 2013-cü ildə çıxan "Gentleman" kimi sinql
olmayacaq.
Albomun mahnı siyahısı, hələ ki, açıqlanmır. Təqdimat tarixi də
gizli saxlanılır. Ehtimal edilir ki, müğənni yeni işini dekabrın
21-dən 25-ə qədər keçiriləcək konsertlərində təqdim edəcək.
Qeyd edək ki, ötən il PSY "Gangnam Style" mahnısı ilə dünya
rekorduna imza atmışdı.