Əlaqə Arxiv
news Image
2013.12.18
11:27
| A A A
Xatirə İslam kimə " Sənə bağlandım yenə" deyəcək ?
Müğənni Xatirə İslam və Tunar Rəhimovdan yeni xəbər var. Mövqe.az-ın məlumatına görə, cütlük növbəti mahnısını hazırlayır. Bu il ana olan Xatirə İslam yaradıcıllığında da, bu üzdən axsamalara yol verdiyini açıqlayıb. Ancaq müğənni yeni il üçün planlarında daha iddialıdır. Tunarla olan duetinin çox uğurlu alındığını deyən Xatirə, əməkdaşımızla söhbəti zamanı hələ qarşıda tamaşaçıları çox surprizlərin gözlədiyini də bildirib: " Tunarla çox gözəl duetim olacaq. Hazırlaşırıq. Mahnı " Sənə bağlandım yenə" adlanır. Yeni ildən isə çox yeni layihələrim, planlarım var. Bu il ana olduğum üçün tənbəlləşdim. Özümü daha çox bu səmtə yönəltdim. İşlərimdə durğunluq yarandı. Ancaq inşallah bu il çox - çox gözəl mahnılarla məni sevənləri sevindirəcəyəm".
Sizin Reklam Yeriniz